Kateqoriyasız

“Xəzər Lənkəran”da son durum: iki sevindirici xəbər birdən

Hazırlığını Antalyada davam etdirən “Xəzər Lənkəran” klubunun düşərgəsinə daha üç gənc futbolçu qoşulub.

İdmanxeber.com-un Antalyaya ezam olunmuş muxbirinin məlumatına görə, klubun zədədən əziyyət çəkən futbolçusu Alfred Sanko da bu gün keçirilən məşqdə iştirak edib. Futbolçu fərdi məşqlərlə kifayətlənsə də zədəsi ciddi deyil.

Bundan başqa “Metallurq” matçında iştirak etməyən qapıçı Tomiç də zədəsini sağaldıb və komandanın məşqində iştirak edib.

Səxavət QURBANOV_Antalya


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43