Kateqoriyasız

“Xəzər Lənkəran”dan növbəti transfer bombası: paytaxt klubundan Lənkərana

Azərbaycan milli komandasının üzvü Vaqif Cavadov “İnter”dən ayrılıb.

İdmanxeber.com futbol11.az saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçunun yeni klubu da artıq bəllidir.

Belə ki, millimizin üzvü artıq “Xəzər Lənkəran”la bütün məsələləri razılaşdırıb. Tərəflər artıq müqavilənin bütün detallarını müzakirə ediblər. Cavadov “Xəzər Lənkəran”da daha çox məvacib qarşılığında çıxış edəcək.

Qeyd edək ki, son mövsüm “İnter”in ən sərrast oyunçusu olan Cavadov bundan öncə “Volqa”, “Tvente”, “Qarabağ”, “Bakı” kimi klubların uğurları üçün çalışıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43