Premyer Liqasının 15-ci turunda "Xəzər Lənkəran" doğma meydanda AZAL-a qalib gələ bilmədi. Oyunsonrası keçirilən mətbuat konfransında ev sahibi komandanın müvəqqəti baş məşqçisi Giovanne Melkiorre fikirlərini açıqladı:
“Yaxşı oyun oldu, ötürmələrdə, topa sahib olmada yaxşı idik. Amma çox zaman hücumları məntiqi sonluqla bitirə bilmirdik. AZAL müdafiəyə meylli, qapalı futbol oynayırdı. Oyunumuzu daha çox cinahlardan qurmalı idik. Bundan istifadə edə bilmədik. Rəqib 1 xal üçün gəlmşdi, müdafiədə boşluq vermədi”.