“Barselona”nın hücumçusu Lamin Yamalın karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, 17 yaşlı futbolçunun agenti Jorje Mendeş bu barədə klubun prezidenti Xuan Laportaya xəbərdarlıq edib.
Yamalın “Barselona” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonunda başa çatacaq. Onun transfer dəyəri 180 milyon avro qiymətləndirilir.

