“Tottenhem” “Kavasaki Frontale”nin futbolçusu Kota Takaini heyətinə qatıb.
İdmanxeber.az-ın məlumatına görə, 20 yaşlı müdafiəçi ilə beş illik müqavilə imzalanıb.
17 yaşında komandasında debüt edən futbolçu bütün turnirlərdə ümumilikdə 81 oyunda iştirak edən Takai 4 qol vurub.
Kota Takai Yaponiya millisindəki debütünü 2024-cü ilin sentyabrında gerçəkləşdirib və bu günə qədər 4 beynəlxalq oyunda forma geyinib.

