Kateqoriyasız

“Yorğunluq var idi” – Samir Abasov

Premyer Liqanın 11-ci turu çərçivəsində “Sumqayıt” öz meydanında “Qəbələ” ilə qarşılaşıb və qolsuz heç-heçə edib.

İdmanxeber.az-ın məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında komandanın baş məşqçisi Samir Abasov oyun haqda bunları deyib:

“Yorğunluq var idi. İlk dəqiqələrdən top itkiləri oldu. Fasilədən sonra fərqli “Sumqayıt” gördük. Əlimizə düşən imkanları qola çevirə bilmədik. İkinci hissədə qələbə qazanmaq istəyən komanda var idi. Qarşıdakı oyunlara baxacağıq. Bir həftə vaxtımız var. Yorğunluğu atmağa çalışacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43