“Yuventus” Ueston Makkenni ilə yeni müqavilə imzalamaya bilər.
İdmanxeber.az-ın məlumatına görə, tərəflər arasında davam edən danışıqlar dayandırılıb. Buna səbəb futbolçunun maaşının artırılmasını tələb etməsidir.
Makkenninin “Yuventus”la hazırkı müqaviləsinin müddəti 2026-cı ildə başa çatacaq.
O, 2024/25 mövsümündə turinlilərin heyətində 44 oyuna çıxaraq, 5 qol vurub və 4 məhsuldar ötürmə verib.

