“Yuventus” Samuel Mbanqula ilə yollarını ayırmağa hazırdır.
İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik futbolçunu satmağı düşünür. Turin klubu 21 yaşlı oyunçuya 20 milyon avro qiymət qoyub.
Bildirilir ki, Belçikalı futbolçuya “Bayer”, “Leyptsiq”, “Bornmut” və “Nottingem Forest” klubları maraq göstərir.
Mbanqula 2024/25 mövsümündə A Seriyasında keçirdiyi 23 oyunda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

