07 İyul 2026
Dünya futbolu

“Yuventus”dan ayrılan Duqlas Luis İngiltərəyə qayıtdı

 

“Yuventus” yarımmüdafiəçisi Duqlas Luisi icarəyə göndərib.

İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı braziliyalı futbolçu mövsümün sonuna qədər “Nottingem Forest”in formasını geyinəcək. Müqaviləyə əsasən, Premyer Liqa təmsilçisinin Luisi birdəfəlik transfer etmək hüququ da var.

Qeyd edək ki, Duqlas Luis 2017–2024-cü illər aralığında İngiltərədə “Mançester Siti” və “Aston Villa”da da çıxış edib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43