Dünya futbolu

“Yuventus”dan “Liverpul”a fantastik rəqəm – Salah üçün

İtaliyanın “Yuventus” klubu “Liverpul”un ulduzu Salahı rənglərinə bağlamaq istəyir.

Bu barədə İtaliya mətbuatı xəbər yayıb. Xəbərdə bildirilir ki, Çempionlar Liqası hədəfi olan “Qoca Senyore” misirli ulduz üçün 200 milyon avronu gözdən çıxarıb.

Bir digər iddia isə oyunçunun İtaliya klubuna keçməsini Kristiano Ronaldonun istəməsidir. Portuqaliyalı super ulduzun Muhammed Salahı transfer etmək üçün “Yuventus” rəhbərliyinə təzyiq etdiyi söylənir.

İtaliyada “Roma” və “Fiorentina”da forma geyinən misirli ulduz 42 milyon avro qarşılığında “Liverpul”a transfer olmuşdu.

İngiltərədə ulduzlaşan  26 yaşlı futbolçu burada keçirdiyi 86 oyuna, 64 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43