13 İyul 2026
Dünya futbolu

“Yuventus”la oyuna “Qalatasaray” ciddi itki ilə çıxacaq

“Qalatasaray” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Yuventus”la görüşə ciddi itki ilə çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə,  Mario Lemina zədə səbəbindən bu matçı buraxacaq. Qabonlu yarımmüdafiəçinin cavab görüşünə qədər hazır olacağı gözlənilir.

Lemina cari mövsüm İstanbul təmsilçisinin heyətində 27 rəsmi oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

“Qalatasaray” – “Yuventus” görüşü fevralın 17-də, Bakı vaxtı ilə saat 21:45-də başlayacaq


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43