AFFA-nın növbəti konfrans iclası keçirilir.
İdmanxeber.az-ın məlumatına görə, AFFA-nın prezidenti postuna yeganə namizəd olan hazırkı rəhbər Rövnəq Abdullayev 2019-cu ildə millinin uğursuz çıxış etdiyini deyib:
“Milli uğurlu çıxış etmədi. Millətlər Liqasındakı çıxışımız alınmadı. Zəiflər qrupundan çıxa bilmədik. Yoxsa, bu il Bakıda da keçiriləcək Avropa çempionatının final oyunlarında iştirak edə bilərdik. AÇ-2020-nin seçmə mərhələsində də nəticəmiz çox aşağı oldu. Cəmi 1 xal topladıq. Ümumiyyətlə, ürəkaçan heç nə olmadı. Əvəzində, klub yarışında uğur oldu. “Qarabağ” növbəti dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı”.

