İdman

Zabit Səmədov 250 minlik “Galenvagen” aldı (FOTOLAR)

Kik-boksun WBC Muay-thai üzrə dünya çempionu Zabit Səmədov Bakıda özünə yeni avtomobil alıb. Onun budəfəki avtomobili “Mercedes-Galendewagen”dir. 

İdmanxeber.com Avtosfer.az-a istinadən xəbər verir ki, “Autostar” avtosalonu bununla bağlı məlumatı özünün feysbok səhifəsində yayıb. Məlumatda bildirilir ki, Azərbaycan xalqının fəxri, dünya çempionu Zabit Samedov həmin avtosalona üstünlük verib: “Şəxsiyyəti ilə bütün ürəkləri fəth edən çempiona “yolların çempionu” ilə ən çətin yolları ram etməsini arzulayırıq! “Mercedes-Benz G-Class”ınız xeyirli olsun, Mauqli!

Qeyd edək ki, hazırda “Mercedes-Benz G-Classın” bu versiyasının qiyməti 220-250 min dollardır.

Bundan əvvəl Çeçenstan prezidenti Ramzan Kadırov da dostu Zabit Səmədova “Mercedes S-klass” markalı avtomobil bağışlamışdı.





İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43