“Kristal Pelas”ın hücumçusu Vilfrid Zaha klubda qalmağı düşünür.
İdmanxeber.az-ın məlumatına görə, 30 yaşlı futbolçuya yeni müqavilə təklif edilib. O, sözləşməni qəbul etsə, klub tarixinin ən yüksək maaş alan futbolçusu olacaq.
Belə ki, Zahaya 4 illik yeni müqavilə və həftəsinə 200 min funt sterlinq təklif olunub.
Daha əvvəl hücumçunun “Arsenal”, “Bavariya”, “Çelsi”, PSJ, “Roma” və “Marsel” kimi klubların maraq dairəsində olduğu bildirilirdi.
Zaha bu mövsüm “Kristal Pelas”ın heyətində bütün turnirlərdə 28 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

