Kateqoriyasız

“Zaqatala”dan darmadağın – VİDEO

Futbol üzrə Azərbaycan I Divizionunda X tura yekun vurulub.

“Zaqatala” doğma meydanda “Şamaxı-2″ni qəbul edib. Qarşılaşma ev sahiblərinin 4:0 hesablı qələbəsiylə başa çatıb.

Xallarını 10-a yüksəldən “Zaqatala” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. “Şamaxı-2” isə 8 xal toplayıb və 14-cü yerdədir.

“Zaqatala” 4–0 “Şamaxı-2”
Qollar: 
Cəlal Cəbrayılov, 27; 50; 79; Valeh Qəhrəmanlı, 88

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43