İdman

Zaur Svanadze: “Bəzi futbolçularımız…”

“Komandamdan razı qaldım. Birinci hissədə yaxşı oynadıq. Çoxlu qol vəziyyəti yaratdıq”. 

İdmanxeber.com-un apa-ya istinadən məlumatına görə, bunu “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

 

Azərbaycan Premyer Liqasının IV turunda “Sumqayıt”ın qonağı olan “bankirlər” meydandan 2:1 hesablı qalibiyyətlə ayrılıb.

 

Matçdan sonrakı mətbuat konfransında gürcüstanlı mütəxəssis qələbəni belə şərh edib: “Bu cür işləməyə davam edəcəyik. İkinci qolu vurduqdan sonra rəqib hücumlar qurmağa başladı, təzyiqi artırdı. Əsasən cinahlardan ötürmələr sayəsində epizodlar yaratdılar. Təəssüf ki, son dəqiqələrdə qol buraxdıq”.

 

– Hazırda “İnter”də çatışmayan nədi?

– Konkret çatışmazlığı bilmirəm. Bəzən futbolçumuz olmalı olduğu yerdə olmur. Düşünürəm ki, tezliklə bu problemi də aradan qaldıracağıq.

 

– “İnter”ə qoyulan transfer qadağası haqda fikriniz necədi?

– İstəyirdik ki, bir-iki mövqeyə futbolçu alaq. Amma transfer qadağasına görə bu alınmayacaq. Lakin problem yoxdu. İşləmək lazımdı. Futbolçular başa düşməlidilər ki, qadağadan sonra kollektiv şəkildə daha yaxşı mübarizə aparmalıdılar.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43