Dünya futbolu

Zidan “Borussiya”nın futbolçusunu istəyir

“Real”ın baş məşqçisi Zinəddin Zidan Usman Dembeleni komandasında görmək istəyir.

İdmanxeber.com-un məlumatına görə, bu barədə  “La Sexta Deportes” məlumat yayıb.

Almaniya klubunun rəhbərliyi isə 20 yaşlı futbolçunu satmaq istəmir. Bunu dəfələrlə “Borussiya”nın direktoru Sork da bildirib. Belə olan halda kral klubu futbolçunu transfer edərək 1 il Dprtmundda saxlamaq təklifini irəli sürəcək.

Dembelenin “Borussiya” ilə müqaviləsi 2021-ci ilə qədərdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43