Dünya futbolu Kateqoriyasız

Zidan “Mançester”də ? – “Tezliklə işə başlayıram”

Ötən mövsümün sonunda gözlənilməz şəkildə “Real”dan ayrılan Zinəddin Zidan yaxın vaxtlarda yenidən işə başlayacaq.

İdmanxeber.az-ın məlumatına  görə, fransalı mütəxəssis gələcək karyerası barədə məlumat verib. Ancaq o, hansı klubu çalışdıracağını açıqlamayıb:

“Əlbəttə, tezliklə yenidən məşqçiliyə başlayacağam. Bu, mənim sevdiyim işdir. Futbol mənim həyatımdır”.

Qeyd edək ki, bir müddətdir Zidanın “Mançester Yunayted”də Joze Mourinyonu əvəzləyəcəyi ilə bağlı xəbərlər dolaşır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43