Dünyadan

Zidan Ronaldoya istirahət verdi

“Real”ın ulduz futbolçusu Krişiano Ronaldo yanvarın 4-də İspaniya kubokunun 1/8 final mərhələsində “Sevilya”ya qarşı keçiriləcək görüşdə iştirak etməyəcək.

İdmanxeber.com-un məlumatına görə, komandanın baş məşqçisi Zinəddin Zidan portuqaliyalı futbolçuya istirahət verəcək. Belə ki, o, Milad bayramını doğma Madeyra şəhərində keçirəcək. Buna baxmayaraq, futbolçu dekabrın 27-də komanda ilə birlikdə məşqə çıxacaq.

Onun yanvarın 7-də “Qranada” ilə matçda iştirak edəcəyi gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43