19 İyun 2026
Ölkə futbolu

“Zirə” braziliyalı futbolçu ilə müqavilə bağladı – RƏSMİ

“Zirə” futbolçusu Ruan Renatoyla yeni müqavilə bağlayıb. 

İdmanxeber.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib. Braziliyalı müdafiəçi daha iki il “Zirə”də çıxış edəcək. 

Yeni müqaviləyə əsasən futbolçu 2027-ci ilin yayına qədər “qartallar”ın şərəfini qoruyacaq. 

Qeyd edək ki, Ruan Renato 2023-cü ildən “Zirə”nin formasını geyinir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43