15 İyun 2026
Dünya futbolu

Braziliyalılar “Real”dan cavab gözləyir

Braziliya Futbol Federasiyası Karlo Ançelottini yeni baş məşqçi təyin etməkdə israrlıdır.

İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssisin Klublararası Dünya Çempionatından əvvəl Braziliyanın baş məşqçisi olacağı gözlənilir.

Federasiya nümayəndələri bununla bağlı İspaniyaya gələcək. Federasiya “Real”ın qərarını gözləyir və razılaşmanı yekunlaşdırmaq istəyirlər. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43