10 İyun 2026
Dünya futbolu

Madrid klubu gözünü ona dikib

“Tottenhem”in müdafiəçisi Kristian Romero karyerasını İspaniyada davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 27 yaşlı argentinalı ilə “Atletiko” maraqlanır. Madrid klubu futbolçunu yay transfer pəncərəsi üçün əsas hədəflərindən biri hesab edir.

Romero bu mövsüm 23 oyun keçirib, bir qol vurub və bir məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 55 milyon avro qiymətləndirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43