15 İyun 2026
Ölkə futbolu

Coşqun oynadı, komandası uduzdu – VİDEO

Azərbaycan millisinin üzvü Coşqun Diniyevin formasını geyindiyi “Çorum” “Ankaragücü”nün qonağı olub.

İdmanxeber.az-ın məlumatına görə, yığmamızın üzvünün çıxış etdiyi komanda səfərdə rəqibinə 0:1 uduzub. Meydana start heyətində çıxan Diniyev ikinci hissədə əvəzlənib.

“Çorum” 51 xalla 8-ci pillədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43