Kateqoriyasız

“Qəbələ” və “Zirə” yarımfinalda

Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

İdmanxeber.az-ın məlumatina görəson oyun günündə iki cavab qarşılaşması keçirilib.

“Qəbələ” ilk oyunda minimal hesabla (1:0) qalib gəldiyi “Sumqayıt”ı qəbul edib. Görüşdə qalib müəyyənləşməyib – 1:1. İki oyunun cəmində 2:1 üstün olan “qırmızı-qaralar” növbəti mərhələyə çıxıb.

Mərhələnin son oyununda “Zirə” “Səbail”in qonağı olub. Görüş qəsəbə təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. İlk matçda da 4:1 üstün olan “Zirə” sonuncu yarımfinalçı adını qazanıb.

Azərbaycan Kuboku
1/4 final

13 fevral (bazar)

15:00. “Qəbələ” – “Sumqayıt” – 1:1
Qollar: İsnik Alimi, 18 – Araz Abdullayev, 82 (pen.)

Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Fərid Hacıyev
Qəbələ şəhər stadionu
İlk oyun – 1:1

“Qəbələ”: 94. Nicat Mehbalıyev, 19. Rövlan Muradov, 11. Asif Məmmədov (k), 28. Murad Musayev, 27. Məqsəd İsayev, 23. Rafael Utziq, 5. İsnik Alimi, 4. Ruan Renato, 9. Fernan Lopes, 24. Patrik Robson, 2. Samet Karakoç.
Ehtiyat oyunçular: 1. Kristof Atanqana, 36. Elməddin Sultanov, 14. Ülvi İsgəndərov, 7. Ehtiram Şahverdiyev, 6. Kamal Mirzəyev, 8. Stefan Vukçeviç, 10. Omar Hani, 77. Emil Səfərov, 33. Hüseyn Mürsəlov.
Baş məşqçi: Elmar Baxşıyev.

“Sumqayıt”: 13. Aydın Bayramov, 17. Murad Xaçayev, 6. Vüqar Mustafayev (k), 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 9. Əli Qurbani, 2. Dmitri Nağıyev, 4. Höccət Haqverdi, 74. Yusif Nəbiyev, 5. Camaləddin Xocaniyazov, 11. Rüfət Abdullazadə.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 25. İlnur Valiev, 18. Süleyman Əhmədov, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 78. Araz Abdullayev, 24. Elşən Abdullayev, 15. Vüqar Bəybalayev, 19. Xəzər Mahmudov, 37. Nicat Əliyev, 8. Səbuhi Abdullazadə, 20. Ayxan Süleymanlı.
Baş məşqçi: Aleksey Baqa

18:00. “Səbail” – “Zirə” – 1:3
Qollar: Ruslan Hacıyev, 7 – Ağabala Ramazanov, 21, Təmkin Xəlilzadə, 29 (pen.), Coşqun Diniyev, 73

Hakimlər: Əliyar Ağayev, Cavanşir Yusifov, Müslüm Əliyev, Rauf Cabarov
“ASCO Arena”
​İlk oyun – 0:4

“Səbail”: 1. Rəşad Əzizli, 17. Elçin Rəhimli, 14. Rahid Əmirquliyev (k), 5. Adil Nağıyev, 10. Cavid Tağıyev, 21. Məhəmməd Mirzəbəyov, 19. Ruslan Hacıyev, 30. Camal Araqo, 88. Elmir Tağıyev, 66. İbrahim Aslanlı, 99. Vidadi Cəfərov
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 7. Mirsayib Abbasov, 6. Cabir Əmirli, 34. Yurqen Qoxa, 77. Ədilxan Qarəhmədov, 70. Elşad Tağıyev, 38. Zeynəddin Abdurahmanov
Baş məşqçi: Aftandil Hacıyev

“Zirə”: 41. Anar Nəzirov, 10. Ağabala Ramazanov (k), 2. Sertan Taşkın, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 5. Rahil Məmmədov, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 9. Loris Broqno, 92. Brayan Alseus, 13. Ramin Əhmədov
Ehtiyat oyunçular: 22. Nail Alışov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev, 15. Ruslan Abışov, 47. Mohamed Hamdaui, 14. Hamidu Keyta, 99. Ahmed Ayzaya, 51. Rüstəm Nuruyev, 4. Cəlal Hüseynov, 56. Samir Ağayev
Məşqçi: Vaqif Paşayev


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43