05 İyun 2026
Ölkə futbolu

“Zirə” yeni futbolçu ilə anlaşdı – RƏSMİ

Zirə” yeni futbolçu ilə anlaşıb.  

İdmanxeber.az-ın məlumatına görə, klub Enrike Kustodionu heyətinə qatıb. Braziliyalı futbolçu ilə 1+1 illik müqavilə bağlanılıb.

30 yaşlı cinah müdafiəçisi daha əvvəl ölkəsinin “Kuritiba”, “Nautiko”, “Parana”, Portuqaliyanın “Portimonense”, “Farense”, B-SAD, “Leyşonyş” klublarında çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43