Kateqoriyasız

“Zirə”dən 3 transfer birdən

“Zirə” daha 3 gənc futbolçunu heyətinə qatıb.

İdmanxeber.az-ın məlumatına görə, 20 yaşlı Ramin Əhmədov və Samir Qurbanovla 4, 21 yaşlı Rüstəm Nuriyevlə isə 3 illik müqavilə imzalanıb.

Hər üç futbolçu ötən mövsüm futbol üzrə Azərbaycan çempionatının I Divizionunda çıxış edib. Ramin Əhmədov və Rüstəm Nuriyev “Zaqatala”, Samir Qurbanov isə “Kəpəz” klubunun formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43