Kateqoriyasız

“Zirə”nin “qol silah”ı millidə qol hesabını açdı

“Zirə”nin hücumçusu Davit Volkov Gürcüstan millisində növbəti matçına çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, o, bu gün Özbəkistan yığmasına qarşı keçirilən yoxlama görüşünün iştirakçısı olub.

26 yaşlı futbolçu Qoridə keçirilən görüşə start heyətdə başlayıb və 71-ci dəqiqədə əvəzlənib. Yığmada 2-ci oyununu keçirən forvard bu görüşün 41-ci dəqiqəsində rəqib qapısına yol tapıb. Bununla da o, ölkəsinin millisində qol hesabını açıb. Gürcüstan yığması bu görüşdən elə Volkovun vurduğu qol sayəsində 1:0 hesablı qələbə ilə ayrılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43