Ölkə futbolu

“Zirə”nin baş məşqçisi: “Yeni komandayıq, özümüzə görə addımlamalıyıq”

Avropa Liqası I təsnifat mərhələsi çərçivəsində “Zirə” sabah Lüksemburqun “Differdanj” komandası ilə qarşılaşacaq.

İdmanxeber.com-un məlumatına görə, “Dalğa Arena”da keçiriləcək matçdan öncə mətbuat konfransı keçirilib.

“Zirə”nin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablanırıb:

– Darıxmışdıq futbol üçün. Bakıda başlamağımız sevindirici haldı. Digər klublarımıza da uğurlar arzulayıram. Ümid edirəm ki, yaxşı olar hamımız üçün.

– Komanda yenilənib. Rəşad Sadiqovun son durumu haqda nə deyə bilərsiz? Rəqib haqda nə deyə bilərsiz? Komandanı necə analiz etmisiz?

– Çalışırıq ki, ötən ilki heyətin əsas futbolçularını qoruyub saxlayaq. Bəzi futbolçular heyəti tərk etdi və onlarən yerini doldurmağa çalışırıq. Transferlər etməyə çalışırıq və istədiyimiz transferləri etmişik. Bızu futbolçuların gec qoşulması problem yaratdı. Zədəmiz yoxdu. Rəşad Sadiqovun durumu yaxşıdı. Rəqibə gəlincə, geniş məlumatı var. Rəqibdən çəkinmirik. Deməzdim ki, qorxuram, sadəcə təcrübəlidilər və real baxmaq lazımdı. Bəzi iddialı klubları rahat keçiblər. Bizim ilk dəfəmizdi ancaq rəqib təcrübəlidi. Bu baxımdan bizə çətin olacaq. Ümumi olaraq hazırıq və yaxşı oyun gözləyirik.

– Psixoloji baxımdan komandaya nəyi aşılayırsız? Arxayn çıxacaqsız ya ehtiyatlı?

– Belə rəqiblərlə oyunda komandaya təzyiq olur. Hər kəs bizi favorit sayır, bu da təzyiq yaradır. Oyunda qalib gəlmək istəyirik. Futbolçuları çalışırıq ki, nə arxayn edək nə də çox çəkinsinlər. Meydan sahibi amili futbolçulara normal motivasiya verəcək. Çox motivasiyalı olmaq və çox arxayn olmaq da bizə ziyan ola bilər. Bu baxımdam çalışmışıq ki, orta mövqedə yanaşaq.

– Kapitan Anar Nəzirovun komandanı kökləməsi baxımından narahatçılığınız varmı?

– Bir neçə iddialı klublarda oynayıb, Anarın kapitan olmağı ilk halı deyil. Təcrübəli futbolçudu. İnanıram ki öhtəsindən gələcək.

– Start heyəti müəyyən etmisizmi?

– Komandada rəqabəti artırmaq istəyirik. İndidən heyəti desəm rəqabət azala bilər. Öz fikrimdəki heyət hazırdı, ancaq dəyişiklər ola bilər. Rəqibə görə heyəti müəyyən etdik. Ümid edirəm ki, digər oyunlarda fərqli heyət görəcəksiz. Yetərincə yaxşı futbolçularımız var, onlardan istifadə edəcəyik. Rəqibə görə start heyətimiz hazırdı.

– Oyun üslubunuzu açıqlaya bilərsizmi?

– Beş müdafiəçi oynayanda o demək deyil ki, hücum etməyəcəyik, Avropada bir neçə klub bu sistemlə hücum oynayır. “Zirə” olaraq çalışacağıq ki, iki sistemdə oynayaq, həm dördlü həm də beşli müdafiədən istifadə edəcəyik. Sabah da dördlü müdafiə sistemi ilə oynayacağıq. 

– Debüt ilində hansı nəticəni özünüz üçün uğurlu sayacaqsız?

– Nəticəyə qalsa, çalışacağıq ki, bacardığımız qədər irəliləyək. Böyük danışmaq tezdi, nə qədər də olmasa, biz yeniyik. özümüzə görə addımlamalıyıq. “Zirə” hər il iddialı olur. Bu bizim üçün təcrübədi. Ancaq bacardığımız qədər irəli getməyə çalışacağıq. Bizim futbolçularımız var ki ilk dəfəi çıxış edəcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43