Dünya futbolu

Florentino Perez: “Mbappeni transfer etsək, kimi göndərəcəyik?”

“Real” bu mövsüm “Monako”nun futbolçusu Kilian Mbappeni transfer etməyəcək.

Bu barədə Madrid klubunun prezidenti Florentino Peres məlumat verib:

“Mbappe əla və gənc oyunçudur. Amma komanda 24 oyunçudan ibarətdir. Meydana cəmi 11 futbolçu çıxır. Bu vaxta qədər “Real”da özünə əsas heyətdə yer tapa bilməyən bir çox ulduz futbolçu çıxış edib. Bəli, bir neçə ildir ki, Mbappeni diqqətdə saxlayırıq. Lakin onu indi transfer etsək, “Real”dan kimi göndərəcəyik?”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43