İdman

“Zirə”nin oyununun vaxtı bəlli oldu

Antalyada təlim-məşq toplanışında olan “Zirə” sabah növbəti yoxlama oyununa çıxacaq. 

Idmanxeber.com-un məlumatına görə, Ayxan Abbasovun komandası Rusiyanın “Avanqard” (Kursk) klubu ilə qarşılaşacaq.

Matç saat 16:00-da Manavqat Bələdiyyəsinin “Atatürk” stadionunda oynanılacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43