Kateqoriyasız

“Zirə”nin Premyer Liqa planları

“Zirə” FK Premyer Liqaya hazırlığa infrastrukturdan başlayır. 

İdmanxeber.com-un məlumatına görə, klub Premyer Liqa oyunlarını yüksək səviyyədə təşkil etmək məqsədi ilə Zirə İdman Kompleksinin stadionunda təmir-tikinti və yenidənqurma işlərinə başlayacaq. 

Futbol üzrə Azərbaycan çempionatının Birinci divizionunda mövsüm başa çatandan sonra stadionla bağlı layihəyə start veriləcək. Layihəyə əsasən stadionun süni ot örtüyü yenilənəcək və beynəlxalq standartlara tam cavab verən yüksək səviyyəli süni ot örtüyü salınacaq. Həmçinin, paltardəyişmə, hakim və hakim-inspektor otaqları da təmir olunacaq, bəziləri yenidən qurulacaq. Təmir-tikinti və yenidənqurma işləri bununla da kifayətlənməyəcək. Premyer Liqanın növbəti mövsümünün startına qədər stadionda başqa yeniliklər də olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43