Dünyadan

Əliyar Ağayev Avropanın ən yaxşı hakimidir

Avropada ilin ən yaxşı hakiminin adına aydınlıq gəlib.

İdmanxeber.com-un məlumatına görə, qitənin ən yaxşı hakimi MarkKlattenburq seçilib. O, 110 xalla bütün həmkarlarını qabaqlayıb.

Geridə qalmaqda olan il ərzində ən böyük inkişafa nail olan Avropa referisi üçün müəyyənləşdirilən “İlin parlayan ulduz hakimi” adının da sahibi bəlli olub. İlk dəfə təsis olunan mükafata FİFA referimiz Əliyar Ağayev layiq görülüb.

Qeyd edək ki, Əliyar Ağayev 2016-cı ildə bir neçə mühüm matçı idarə edib.

Avropada İlin ən yaxşı hakimləri:

1.  Mark Klattenburq – İngiltərə –  110 xal

2.  Şyzmon Marçiniak – Polşa –  86

3.  Damir Skomina – Sloveniya – 70

4.  Nicola Ritsoli – İtaliya – 68

5.  Viktor Kaşşai – Macarıstan – 64

6.  Milorad Maziç – Serbiya – 46

7.  Cüneyt Çakır – Türkiyə – 43

8.  Feliks Brix – Almaniya – 38

9.  Byorn Kupers – Hollandiya – 29

10.  Yonas Eriksson – İsveç – 19

Avropanın “Parlayan ulduz hakim” mükafatı:

Əliyar Ağayev (Azərbaycan)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43