İdman

Əliyar Ağayev növbəti dəfə Avroliqa matçına təyinat aldı

Azərbaycanlı hakim Əliyar Ağayev Avropa Liqasının qrup mərhələsində daha bir oyuna təyinat alıb.

İdmanxeber.com-un məlumatına görə, bu barədə PFL-in prezidenti Ramin Musayev bildirib.

Qurum başçısı qeyd edib ki, Ağayev Avroliqanın III turu çərçivəsində keçiriləcək oyunda fit çalacaq.

Hələlik onun hansı oyunu idarə edəcəyi müəyyənləşməyib.

Qeyd edək ki, Ə.Ağayev Avroliqada bundan öncə “Roma” – Astra” matçını idarə etmişdi.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43