Ölkə futbolu

AZAL-da futbolçu qalmadı

Premyer Liqanın XIV turunda "Qəbələ" ilə qarşılaşacaq olan AZAL-da ciddi itkilər var.

Cəza səbəbindən Aleksandr Şemonayev, Samuel Barlay və Vladimir Boqdanoviç matçda iştirak edə bilməyəcək. Daha üç futbolçunun – Orxan Həsənov, Oskar Klava və Ruslan Tağızadənin zədəsi var. Onların "Qəbələ"yə qarşı oynaması sual altındadı.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43