Ölkə futbolu

“Sumqayıt” “Bakı” ilə oyuna hazırlaşır

Azərbaycan kubokunda “Bakı” ilə qarşılaşmış “Sumqayıt”, Topaz Premyer Liqasının 16-cı turunda yenidən bakılıları qonaq edəcək.

Aqil Məmmədovun rəhbərlik etdiyi komanda hazırlığını davam etdirir.

Axşam baş tutan məşqdə qapıçı Tərlan Əhmədli zədəli olduğu üçün iştirak etməyib. Zədəsini sağaltmış Aleksandr Çertoqanov isə artıq komanda ilə birlikdədir.

Xatırladaq ki, “Sumqayıt” – “Bakı” oyunu dekabrın 8-də 17:00-da Sumqayıt klubunun yeni meydanında keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43