Ölkə futbolu

AZAL-ın stadionunu “Xəzər Lənkəran” azarkeşləri doldurur – MARAQLI

Premyer Liqanın 23-turu çərçivəsində keçirilən AZAL – “Xəzər Lənkəran” oyununa biletin 3 manata olmasını azarkeşlər narazılıqla qarşıladı. Bu addımla onsuz da stadionlara, xüsusn paytaxtdakı oyunlara gələn 5-10 fanatı da küsdürmüş oluruq. Belə məqamda AZAL-ın cari mövsümdəki oyunlarında tribunalara təşrif buyurmuş azarkeş sayı maraq doğurur. 

Elə isə “təyyarəçilər”in mövsümü başlayandan bəri ev oyunlarına gələn tamaşaçıların sayına nəzər salaq:

2-ci tur. Bakı. 1000.

4-cü tur. Sumqayıt. 200.

6-cı tur. Qəbələ. 1500.

7-ci tur. Xəzər Lənkəran. 2500.

9-cu tur. Simurq. 1000.

11-ci tur. İnter. 200.

13-cü tur. Qarabağ. 500.

16-cı tur. Rəvan. 200

18-ci tur. Neftçi. 500

20-ci tur. Sumqayıt. 300

22-ci tur. Qəbələ. 500

23-cü tur. Xəzər Lənkəran. 2000

Beləlikdə, geridə qalan turlar ərzində AZAL stadionuna 10400 azarkeş gəlib. Burdan bir daha bəlli olur ki, klub rəhbərliyi məhz gəlir götürmək niyyəti güdür. Hər halda, tribunalarda ən çox qonaq fanatın məhz cənublular olması belə düşünməyə əsas verir. İndiyədək tirbunalarda yer alan 10400 fanatdan 4500-nün “Xəzər Lənkəran”la iki oyuna təsadüf etməsi yetərincə ciddi rəqəmdi. (futbol+ qəzeti)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43