Dünyadan

“Real”ın böyük ümidlərlə transfer etdiyi futbolçu Ronaldo haqqında nə danışdı?

“Real”ın yeni transferi Xames Rodriges Madrid klubunun aparıcı üzvü Ronaldo ilə bağlı fikirlərini bölüşüb.

İdmanxeber.com-un məlumatına görə, kolumbiyalı gənc ulduzu Ronaldonu tərifləyib:

“Onunla yaxşı dil tapırıq. Mənə çox kömək olur. Ümid edirəm ki, bir yerdə daha çox oynayacağıq. Təkcə Ronaldo deyil, digər oyunçular da çox səmimidilər. Ona görə də möhtəşəm futbolçulardı”.

Qeyd edək ki,  Rodriges “Real”da 5 rəsmi matça çıxıb, 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43