"Barselona" Denis Suarez transferinin ardından daha bir futbolçunu heyətinə qatıb.
İdmanxeber.com-un məlumatına görə, Kataloniya təmsilçisi "Flumiense"də forma geyən Marlon Santosu 1 illik icarəyə götürüb.
20 yaşlı braziliyalının müqaviləsində satın alma maddəsi də yer alır. Braziliya klubu bunun üçün "Barsa"dan 8 milyon avro tələb edir.
Qeyd edək ki, Marlon "Barselona" (B) komandasında oynayacaq.