Layihə

Media Komitəsindən növbəti uğurlu addım

Noyabrın 19-da AFFA yanında Media Komitəsinin İdarə Heyətinin üzvləri – Mahir Rüstəmli, İlqar Tağıyev, Elçin Cəlilov, Elmir Əliyev və Kənan Məstəliyev CBC Sport telekanalının baş direktoru Volkan Üstlə görüşüb. Görüşdə Volkan bəyə qurumun fəaliyyəti, həyata keçirdiyi layihələr, üzləşdiyi problemlər haqda bilgi verilib. O da öz növbəsində 20 ilə yaxındı üzvü olduğu Türkiyə Spor Yazarları Dərnəyinin işi, ümumiyyətlə, qonşu ölkədə idman jurnalistikasının – qəzetlərin, telekanalların durumu haqda danışıb, TSYD ilə Media Komitəsi arasında mümkün əməkdaşlıqla bağlı fikirlərini bölüşüb. Görüşün yekunu kimi Media Komitəsi ilə CBC Sport telekanalı, Media Komitəsi ilə TSYD arasında işgüzar əlaqələrin qurulmasına dair konkret ideyalar səslənib. Volkan bəy bu yöndə Media Komitəsinə hər cür dəstək verəcəyini deyib. İlkin təşəbbüs kimi dekabrda adı çəkilən telekanalda Media Komitəsinin 2016-cı ildə gördüyü işlər ilə bağlı proqramın efirə çıxması razılaşdırılıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43