Ölkə futbolu

“Qarabağ” növbəti qələbəsini qazandı

“Qarabağ” Antalya toplanışı çərçivəsində bu gün ikinci yoxlama oyununu keçirib.

Idmanxeber.com-un məlumatına görə, komanda Rumıniyanın “Styaua” klubu ilə qarşılaşıb. Matç Ağdam klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, “Qarabağ” Antalyada keçirdiyi ilk yoxlama matçında Albaniyanın “Skenderbeu” klubu ilə qarşılaşmışdı və 1:0 hesabı ilə qalib gəlmişdi.

Yoxlama oyunu

18:30. “Qarabağ” – “Styaua” – 2:0

Qollar: Dino Ndlovu, 26, Muarem Muarem, 59


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43