Dünyadan

“İnter” də Qrizman üçün mübarizəyə qoşuldu

“İnter” klubu “Mançester Yunayted”in də hədəfində olduğu Antuan Qrizmanı mövsümün sonunda transfer etmək istəyir.

İdmanxeber.com-un məlumatına görə, Milan təmsilçisi fair-play problemlərini həll edib və maliyyə sıxıntısı çəkmir. Buna görə də mövsümün sonunda fransız futbolçunun müqaviləsində qeyd edilən 129 milyon avronu ödəyə bilər.

Qrizmanın özü də “İnter”ə keçməyə razıdır. Lakin bir şərtlə ki, komanda Çempionlar Liqasına vəsiqə əldə etsin.

Bir müddət əvvəl verilən xəbərə görə “MY” artıq forvardla razılıq əldə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43