“Atletiko” klubunun kapitanı Qabi əməliyyat olunacaq.
İdmanxeber.com-un məlumatına görə, buna səbəb futbolçunun barmaqlarının zədələnməsidir. Belə ki, o, evində olarkən barmaqlarını zədələyib. Bu səbəbdən 33 yaşlı futbolçu əməliyyat ediləcək.
Xatırladaq ki, Qabi “Valensiya” ilə oyunda sarğı ilə meydana çıxmışdı. Lakin əməliyyat lazım gəldiyindən o, “Qranada” ilə qarşılaşmanı buraxacaq.