Dünyadan

İslam Oyunları-2017: Atıcılıqda daha bir medal qazandıq

Azərbaycan yığması Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında növbəti medalını qazanıb.

Yarışların 5-ci günündə ölkəmizin aktivinə ilk mükafatı Nigar Nəsirova gətirib. İdmançımız güllə atıcılığı yarışında fərqlənib. Nigar 10 metr məsafədən pnevmatik tapança ilə atəş açmaqda 3-cü yeri tutub. Bürünc medal üçün snayperimizə 211,5 xal kifayət edib. İranlı Gölnuş Sebqatullahi 239,3 xalla 1-ci, misirli Afaf Elhodod 3-cü olub. Bu növdə mübarizə aparan digər təmsilçimiz Zərifə Qasımova 171 xalla 5-ci yeri tutub.

Qeyd edək ki, Nigar Azərbaycan yığmasına 13-cü bürünc olmaqla 69-cu medalı qazandırıb. İdmançılarımızın hesabında 33 qızıl və 23 gümüş də var.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43