Dünya futbolu

Mançester təmsilçisi Donnarumma üçün 30 milyon funt ödəməyə hazırdır

“Milan”ın qapıçısı Canluici Donnarumma “Mançester Siti”nin maraq dairəsindədir.

Mançester təmsilçisi gənc qolkiper üçün 30 milyon funt ödəməyə hazırdır. Donnarummanın meneceri ilə “Milan” arasında yeni müqavilə ilə bağlı razılıq hələ də əldə olunmayıb.

Qeyd edək ki, 18 yaşlı qolkiper cari mövsüm “A” seriyasında keçirdiyi 36 oyundan 11-də qapısını toxunulmaz saxlayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43