“Mançester Yunayted” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.com-un məlumatına görə, “qırmızı şeytanlar” Portuqaliyanın “Benfika” klubunun müdafiəçisi Viktor Lindelofla anlaşıblar. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Lindelofla 4+1 illik müqavilə imzalanıb. Bu transfer üçün Premyer Liqa klubu 30 milyon funt sterlinq təzminat ödəyəcək.
Qeyd edək ki, isveçli müdafiəçi 2012-ci ildən “Benfika”da çıxış edirdi.