"Qarabağ"ın yeni transferi Vilde-Donald Gerye cəbhədə baş verən son hadisələrə biganə qalmayıb.
O, dünən Füzulinin Alxanlı kəndində qətlə yetirilən 2 yaşlı Zəhra və onun nənəsi Quliyeva Sahibənin ölümünə aid paylaşım edib.
Ağdam klubunun yeni trasnferi “İnstagram” hesabından baş vermiş hadisə ilə bağlı #Stopkilling #stoptcrime #stopterrorism haştagı ilə ingilis dilində mətn paylaşıb.