Dünya futbolu

“Beşiktaş”da ciddi itki

“Beşiktaş” ciddi itki ilə üzləşib.

İdmanxeber.com-un məlumatına görə, son məşqlərdən birində zədələnən Gökhan Törə uzun müddətə sıradan çıxıb. Onun diz bağlarından əməliyyat olunmaq üçün Almaniyaya getdiyi bildirilib. Türkiyə mətbuatı isə yazıb ki, 25 yaşlı yarımmüdafiəçi 3 ay yaşıl meydanlardan uzaq qalacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43