İdman

“Səbail”dən ayrılan legioner: “Səbail” ilə müqaviləmdə bənd var idi ki…”

Cari mövsümün əvvəli “Səbail”ə qoşulan, lakin qış fasiləsində geri dönən Aleksandru Popoviç gedişinin səbəblərindən danışıb.

İdmanxeber.com-Rumıniya mətbuatına istinadən verdiyi məlumata görə, vətənə qayıtmasının bir sıra səbəbləri olub: “Məni burada istədikləri üçün çox tez geri döndüm. Baş məşqçi Radu Birlika zəng vurdu və geri qayıtmağımı xahiş etdi. Burada məni hər kəs axtarırdı. Əks halda, qayıtmazdım. Azərbaycanda maaş yüksək idi və vaxtında verilirdi. “Səbail” klubu ilə hələ 5 aylıq müqaviləm vardı. Mənim üçün davamlılıq önəmlidir. “Poli Timişoara” ilə 2,5 illk müqavilə bağladım. Bura qayıtmağım üçün çoxlu səbəblərim vardı və bu da onlardan biridir. “Səbail” ilə müqaviləmdə bənd var idi ki, təklif alsam, gedə bilərəm. Onlar isə məndən razı qalmayacaqları təqdirdə, sözləşməyə xitam verə bilərdilər. İndi isə 2,5 illik müqavilə bağlamışam və heç yerə getmək istəmirəm. Ötən mövsüm olduğu kimi, yenə ən azı 6 qol vurmağı hədəfləmişəm”.

Karyerası ərzində ilk dəfə legioner həyatı yaşayan 30 yaşlı futbolçu deyib ki, bu, onun üçün yaxşı təcrübə olub. Popoviçi “Səbail”ə keçdiyi üçün təəssüflənmədiyini söyləyib: “Karyeram ərzində özümü xaricdə sınamaq istəyirdim. Mənim üçün uğurlu mövsüm idi. Orada məni həqiqətən istəyirdilər. Azərbaycana getdiyim üçün təəssüflənmirəm. Özümü yaxşı hiss edirdim və çoxlu sayda oyun keçirdim. Bizim bir sıra uğurlu nəticəmiz oldu. Mənim üçün fərqli, amma faydalı təcrübə oldu”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43