TPL-nın VI turuna start verilir.
Topaz Premyer Liqasının VI turunda “Qəbələ”nin qonağı olacaq “Keşlə” komandasının heyətində iki itki var. Əldə etdiyimiz məlumata görə, ötən tur başından zədələnən Sertan Taşkınla qırmızı vərəqə alan Andre Klennon bu oyunu buraxacaqlar.
Qeyd edək ki, “Qəbələ” – “Keşlə” matçı sabah saat 18:00-da başlayacaq.