Ölkə futbolu

Tərlan Əhmədov: “Kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz”

Topaz Premyer Liqasının XVII turuna start verilib

İdmanxeber.az-ın məlumatına görə, 2Keşlə” öz meydanında “Sumqayıt”ı qəbul edib. Oyunun ardından ev sahibi komandanın baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransı keçirib. O, əvvəlcə görüş barəsində fikirlərini bildirib:

“Bu günkü oyunun çox çətin keçəcəyini təxmin edirdik. Çünki hər iki komanda fasilədən sonra qələbə əldə edə bilməmişdi. Amma bizim üzərimizdə təzyiq daha çox idi. Səhvlərimiz də çox idi. Amma ümumilikdə komandanın istəkli olması məni sevindirdi. Qələbə bizim üçün çox vacib idi. İsətnilən halda, turnir cədvəlinın son pilləsində olmaq xoş deyil. Çalışacağıq oyunumuzu daha da yaxşılaşdıraq. Komandaya oyuna görə təşəkkür edirəm.

-Keçən oyunlarla müqayisədə heyətdəki dəyişikliyin səbəbi nə idi?

-Nəticələr dəyişiklik etməyə məcbur edir. Hər bir futbolu bizim üçün əsasdır. Çalışırıq ehtiyatdakı futbolçulara da şans verək. Etdiyimiz dəyişiklik uğurlu alındı. Heç bir futbolçunu siyahıdan silməmişik.

-Oyunun son 30 dəqiqəsində komanda özünə bənzəmirdi…

-Təziyq çox idi. Komandaya ancaq hücum futbolu oynamağı tapşırmışdım. Psixoloji təzyiq komandaya təsir edir. 65-ci dəqiqə komandanın sınma nöqtəsi idi. Düşünürəm ki, bu qələbə o təzyiqi bir az yüngülləşdirəcək.

-“Zirə” – “Neftçi” oyununda kimə azarkeşlik edəcəksiz?

-Mən öz işlədiyim komandaya azarkeşlik edirəm. Kiminsə bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43